Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyaya smartfon, planşet və noutbukla getmək təhlükəlidir

Danimarkalı parlamentarlar Rusiyaya səfər zamanı smartfon, planşet və noutbuklarını özləri ilə götürə bilməyəcəklər.   

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Danimarka hökuməti haker hücumları ilə əlaqədar parlament üzvlərini smartfon, noutbuk və planşetlərini səfər zamanı özləri ilə götürməməyə çağırıb.

 

Bunu Danimarkanın sabiq xarici işlər naziri Martin Lideqaard öz “Facebook” səhifəsində yazıb. “Hələlik, telefon! Beynəlxalq siyasət üzrə parlament komitəsinin üzvləri ilə birlikdə Rusiyaya gedirik. Təhlükəsizlik problemləri ilə əlaqədar cihazlarımızı özümüzlə götürməyimizi qadağan etdilər”, - deyə o, bildirib.

 

Danimarka hökuməti dövlət orqanlarına və şirkətlərinə qarşı kibercinayət ehtimalının çox yüksək olduğunu açıqlayıb.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017