Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq ikinci dəfə ata olacaq

“Facebook”un qurucusu Mark Zukerberq həyat yoldaşının hamilə olduğunu açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq həyat yoldaşı Pristsilla Çan ilə birlikdə ikinci övladlarının dünyaya gəlməsini gözlədiklərini bildirib. “Biz Pristsilla ilə xəbər verməkdən şadıq ki, daha bir qızımızın doğuşunu gözləyirik”, - deyə o, özünün “Facebook” səhifəsində yazıb.   

 

M. Zukerberq qeyd edib ki, ilk doğuşla bağlı ağır keçən hamiləlikdən sonra onlar daha bir uşaq dünyaya gətirməyin mümkünlüyünə əmin olmayıblar: “Biz Pristsillanın yenidən hamilə qaldığını öyrəndikdə ilk olaraq onu düşündük və ümid etik ki, uşaq sağlamdır. İkincisi, ümid etdik ki, bu uşaq da qızdır. Maksın bacısının olmasından daha böyük bir hədiyə təsəvvür etmirəm”.

 

Qeyd edək ki, cütlüyün ilk qız övladı Maks 2015-ci il dekabrın 2-də doğulub.

LENT

27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017