Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Airbus” uçan avtomobil konsepsiyasını təqdim etdi -

“Airbus” və “Italdesign” şirkətləri Cenevrə avtosalonu çərçivəsində yeni birgə layihələrini – uçan avtomobillər vasitəsilə gələcəyin nəqliyyat infrastrukturuna baxışlarını təqdim ediblər.

 

İKT.lent.az-ın “Fox TV”yə istinadən verdiyi məlumata görə, şirkətlərin planına əsasən ənənəvi avtomobillər universal kapsullarla əvəzlənəcək.   

 

Nəqliyyat konsepsiyası “Pop Up” adını alıb. Layihədə hərəkət vasitəsi kimi böyük olmayan avtopilot funksiyalı kapsullar nəzərdə tutulur. Bunlarla həm yerdə hərəkət etmək, həm də uçmaq mümkündür. (Qurulmuş platformadan asılı olaraq.)

 

Kapsulların birləşə biləcəyi xüsusi qatarlar da nəzərdə tutulur ki, bunun köməyi ilə sərnişinlər kabini tərk etmədən ictimai nəqliyyatla da hərəkət etmiş olacaq.

 

Bütün proses maksimal şəkildə avtomatlaşdırılır, müstəqil hərəkətə yol verilmir. Hərəkət üçün sərnişin yalnız gedəcəyi yeri qeyd etməlidir.

 

Yeni nəqliyyat sistemində yalnız ekoloji texnologiyalardan istifadə olunacaq və elektrik enerjisinə üstünlük veriləcək.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017