Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın 10 ən güclü smartfonu - SİYAHI

“AnTuTu” proqramının tərtibatçıları ən güclü 10 smartfonun siyahısını təqdim ediblər.
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, “AnTuTu” mobil cihazların məhsuldarlığını sınaqdan keçirməklə məşğuldur. Bu ilin fevralında şirkət özünün saytında 10 ən güclü smartfonun daxil olduğu siyahını yeniləyib.
 
İlk üçlüyə “iPhone 7 Plus”, “iPhone 7” və “OnePlus 3T” smartfonları daxil edilib. Dördüncü yeri “LeEco Le Pro 3” cihazı tutub.
 
Təhlilçilər beşinci yeri “OnePlus 3” smartfonuna veriblər. Altıncı yerə “Motorola Moto Z” layiq görülüb.


Yeddinci yerdən 10-cu sıraya kimi “ZTE Axon 7”, “Asus ZenFone 3”,  “Xiaomi - Mi5S” və “Xiaomi Mi5S Plus” sıralanıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017