Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyalı sürücülər hansı sosial şəbəkədən istifadə edir?

Rusiyada “Avtostat” analitik agentliyinin mütəxəssisləri sürücülərin hansı sosial şəbəkədən daha çox istifadə etdiyini araşdırıb.
 
İKT.lent.az-ın “svopi.ru” saytına istinadən verdiyi məlumata görə, agentlik sosial şəbəkələrdən istifadə edən sürücülər arasında sorğu keçirib və onlar arasında populyar olan ilk üçlüyü müəyyən edib.
 
Gözlənildiyi kimi, rusiyalı sürücülər arasında ən populyar sosial şəbəkə “VKontakte”dir. Bu sosial şəbəkədən avtomobilsevərlərin 74,2 faizi istifadə edir. İkinci yerdə 46,7 faizlə “YouTube” gəlir. İlk üçlüyü isə 43,1 faiz göstərici ilə “Odnoklassniki” qapayır.
 
Siyahıya 39 faizlik göstərici ilə “Instagram” və 26,5 faizlik göstərici ilə “Facebook” da daxildir.
 
Tematik “Drive2” avtomobil resursu ancaq 9-cu yerdə qərarlaşıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017