Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda internetin sürət problemi aradan qaldırılır -

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən ötən ilin əvvəlindən abunəçilərin internet sürəti və kəsintilərlə bağlı qarşılaşdığı problemin aradan qaldırılması məqsədilə Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır.

                                   

İKT.lent.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, bu barədə BTRİB-dən bildirilib.

 

Məlumata əsasən, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib: "BTRİB-in daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir".

 

Qurumdan onu da deyiblər ki, dəyişkən hava şəraiti ilə əlaqədar rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların qarşısını almaq üçün hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyədavamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017