Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Nazirlik: "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər yekunlaşır

Əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər artıq yekunlaşır”.

 

İKT.lent.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı əraziləri üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (Acces Point) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.

 

Bundan başqa, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində də işlər yekunlaşdırılıb. Layihənin növbəti mərhələsi kimi Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində də işlər həyata keçiriləcək.

 

Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanmasını və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd paytaxt sakinlərini və şəhərimizin qonaqlarını simsiz və yayılan texnologiya vasitəsilə pulsuz internetlə təmin etməkdir. Məhz buna görə ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017