Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Chanel” “iPhone” üçün öz emodzilərini yaratdı

Fransanın məşhur “Chanel” modalar evi “iPhone” smartfonu üçün öz emodziləri tərtib edib.
 
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, hazırda istifadəçilər “App Store”dan mobil cihazlarına yeni smaylikləri yükləyə bilərlər.
 
”Chanel” şirkəti bu işi ilk olaraq görənlərdən deyil. Buna qədər “Kenzo”, H&M, “Comme des Garçons Play” kimi brendlər də xüsusi olaraq yaradılmış emodzilər seriyasını təqdim ediblər.
 
“Chanel”in tərtib etdiyi qrafik kommunikasiyaların nümayişi Fransa paytaxtında keçiriləcək yüksək moda həftəsində yer ala bilər. Bu ideoqramalar moda evinin stilistikası və istiqaməti nəzərə alınmaqla hazırlanıb. Onların hər biri tanınma loqotipi ilə təmin edilib. Kolleksiya ”Rouge Coco Gloss Sticker” adlandırılıb.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017