Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Marsda kartof yetişdirmək sınağı uğurla nəticələndi -

Mars şəraitində kartof yetişdirmək eksperimenti uğurla nəticələnib.

 

İKT.lent.az-ın “phys.org” saytına istinadən verdiyi məlumata görə, layihə üzərində NASA-nın və Beynəlxalq Kartofçuluq Mərkəzinin ekspertləri çalışıb. NASA-nın astrobioloqu bildirib ki, eksperiment Marsda kartofun yetişmə və yaşama şansının böyük olduğunu göstərib.  

 

Eksperiment zamanı NASA perulu aqronomlarla birlikdə Marsdakına maksimum yaxın şəraitin yaradıldığı “CubeSat” peykinin mikrozondunun xüsusi korpusunda kartof yetişdirib. Korpusun içərisində Marsdakı atmosfer tərkibi, atmosfer təzyiqi, torpaq və digər vacib parametrlərə oxşar şərait yaradılıb. Lazımi miqdarda su və digər maddələr əlavə olunduqdan sonra kartof cücərib və yetişib.

 

Yaxın vaxtlarda eksperimentin təkrarlanması və daha çox məhsul verən sortun seçilməsi planlaşdırılır. Bu sınaqlar gələcəkdə Marsa gedəcək kolonistlərin yaşamını təmin etmək məqsədilə aparılır.

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017