Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kanada Latviyaya “kiberdöyüşçülər” göndərəcək

Kanada Latviyanın kompüter şəbəkələrini Rusiyanın haker hücumlarından qorumaq üçün bu ölkəyə kibertəhlükəsizlik üzrə mütəxəssislər göndərəcək.

 

İKT.lent.az-ın “news.national.com”a istinadən verdiyi məlumata görə, NATO-nun qərarı çərçivəsində Latviyaya Kanada ordusunun bir taborunun göndərilməsi planlaşdırılıb. NATO ehtiyatlanır ki, Moskva haker hücumları və KİV vasitəsilə yerli əhali ilə kanadalı əsgərlər arasında gərginlik yarada bilər. “Biz buna hazır olmalı və Latviyaya güclü müdafiə imkanları ilə getməliyik”, - deyə Kanada Silahlı Qüvvələrinin generalı Pol Rzenford bildirib. O qeyd edib ki, Ottava kiberməkandakı hücumları hərbi əməliyyat sayır.

 

Xatırladaq ki, NATO-nun qərarına uyğun olaraq Kanada Latviyada 455 hərbçi, aviasiya qrupu və hərbi gəmi yerləşdirəcək.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017