Bu bölmə Bakcell tərəfindən təqdim olunur

LG iki gündə 30 mindən çox smartfon satıb

İlk iki gün ərzində Cənubi Koreyada 30 mindən artıq “LG G6” smartfonu satılıb.
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, smartfonun bazara çıxışı ərəfəsində ümumilikdə 80 mindən çox sifariş daxil olub.  
 
LG rəhbərliyi belə bir uğuru gözləmirmiş. Şirkət idarəçiləri ötən il olduğu kimi, bu il də maddi itki ilə üzləşəcəklərini düşünürmüşlər. Belə ki, 2016-cı ildə LG yarım milyard dollar həcmində maddi zərərə məruz qalıb.

 
Hazırda bir ədəd “LG G6” smartfonunun qiyməti təxminən 775 dollar təşkil edir. Bu, 5,7 ekran ölçülü cihaz üçün normal qiymətdir. Smartfon “Dolby Vision” dəstəkli parlaq displeyə malikdir.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017