Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Analitiklər: “Xiaomi” “Apple”ı qabaqlayaraq dünya brendi olacaq

Amerikalı analitiklər “Xiaomi” və “Apple” şirkətlərinin bazar təhlillərini aparıb.
 
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, mütəxəssislər müəyyən ediblər ki, yaxın zamanlarda çinlilər lider mövqeyə çıxa və dünya brendi ola biləcək. 
 

Hazırda “Xiaomi” şirkəti öz smartfonlarını demək olar ki, maya dəyərinə satır. Bu da “Apple” qarşısında rəqabət üstünlüyü yaradır. 
 
Belə ki, amerikalı istehsalçının məhsulları ildən ilə daha da bahalaşır, texnoloji dəyişikliklər isə daha az gözə dəyir. Belə şəraitdə Çin şirkəti özünü Avropa bazarlarında göstərə bilib. Hazırda Çin istehsalı olan 4 smartfon işlədib dəyişmək bir “iPhone” almaqdan daha asandır.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017