Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy Note 4” partladı, 5 yaşlı uşaq xəsarət aldı - FOTO

Çində “Samsung Galaxy Note 4” smartfonu partlayıb. 
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, hadisə gecə vaxtı, cihazın elektrik şəbəkəsinə qoşulduğu vaxt baş verib. Partlayış və yanğın nəticəsində smartfonun yanındakı çarpayıda yatan 5 yaşlı qız uşağı yaralanıb. O, əl və üzündən yanıq xəsarətləri alıb. Uşaq danışa və yemək yeyə bilmir.
 
Smartfonu satan mağaza istehsalçı ilə əlaqə saxlayıb. “Samsung” nümayəndəsi bildirib ki, artıq şirkətdə baş verən hadisədən xəbərdardırlar və tezliklə olaya reaksiya veriləcək. 
 
Qeyd edək ki, hadisənin səbəbi dəqiq məlum deyil. Mümkündür ki, smartfonun orijinal batareyası başqası ilə əvəz edilib. “Samsung Galaxy Note 4” smartfonu 2014-cü ildə buraxılıb, partlayan cihazın sahibi isə ötən ilin avqust ayında bu smartfonu satın alıb. Keyfiyyətsiz şarj cihazından istifadə edilməsi və ya cihazın ifrat qızaraq partlaması da istisna olunmur.

 

Xatırladaq ki, hazırda “Samsung” korporasiyası “Galaxy Note 7” smartfonlarının alışması və partlaması ilə əlaqədar üzləşdiyi ağır maddi-mənəvi itkiləri kompensasiya etməyə çalışır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017