Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” istifadəçilərinin 15 faizi “botlar”dır

Mütəxəssislər müəyyən ediblər ki, “Twitter” istifadəçilərinin 15 faizi “botlar”dan ibarətdir. 
 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, araşdırmanı ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri aparıblar.
 
Müxtəlif akkauntların dərin təhlili sayəsində mütəxəssislər anlayıblar ki, “proqramlar” informativ dildə qısa cümlələrlə ünsiyyət qurur. Bununla da, müəyyən edilib ki, 319 milyon qeydiyyatdan keçmiş istifadəçinin 48 milyonunu “botlar” təşkil edir. Onlardan çoxu sosial şəbəkənin fəallığını artırmaq üçün yaradılır. 
 
Bununla belə, bəzi “botlar” hava durumu və ya təbii fəlakətlər barədə xəbərdarlıq məlumatları yaya bilər. Eyni zamanda, bir çox hallarda onlardan təbliğat məqsədilə istifadə edirlər.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017