Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Intel”dən 15,3 milyardlıq alış!

ABŞ-ın məşhur “İntel” korporasiyası pilotsuz avtomobillər üçün sistem işləyib hazırlayan İsrailin “Mobileye” şirkətini satın aldığını təsdiqləyib.

 

İKT.lent.az-ın “Venture Beat” portalına istinadən verdiyi xəbərə görə, sövdələşmənin dəyəri 15,3 milyard dollar təşkil edəcək. Alqı-satqı proseduru 2017-ci ilin sonuna qədər yekunlaşmalıdır.

 

“Bu alış bizim səhmdarlarımız, müştərilərimiz və bütün avtomobil sənayesi üçün irəliyə doğru addımdır”, - deyə İntel”in baş direktoru Brayan Krjaniç deyib.

 

Qeyd olunur ki, bu, İsrail texnologiya şirkətləri ilə bağlı ən iri sövdələşmələrdən biridir.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017