Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Trampdan kəşfiyyata PUA icazəsi

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) pilotsuz uçuş aparatları vasitəsilə terrorçulara zərbə endirməsinə icazə verib.

 

İKT.lent.az-ın xəbərinə görə, Barak Obama dövründə CİA pilotsuz uçuş aparatlarından yalnız terrorçuların yerini müəyyənləşdirmək üçün istifadə edə bilirdi. Terrorçulara zərbə endirmək səlahiyyəti yalnız orduya məxsus idi.

 

Lakin Tramp vəzifəsinin icrasına başladıqdan sonra CİA özü müstəqil əməliyyatlar keçirmək hüququ əldə edib. 

 

CİA fevralın sonlarında bu səlahiyyətindən yararlanaraq Suriyada “Əl-Qaida”nın liderlərindən biri olan Əbu əl-Heyra əl-Məsrini məhv edib.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017