Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkədə like toplayan virus proqramları yayılır

Kibercinayətkarlar “İnstagram”da 1,5 milyon istifadəçinin səhifəsinə giriş əldə ediblər.
 
İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, “Google Play” onlayn mağazası “İnstagram” sosial şəbəkəsində like toplamaq adı ilə istifadəçilərin şifrələrini oğurlayan zərərverici proqramlar aşkarlayıb. 
 
“Eset” antivirus şirkəti hesablayıb ki, ən azı bir milyondan artıq “İnstagram” istifadəçisi bu cür proqram əlavələrinin qurbanı olub. Bu virus proqramları şifrələri qarətçilərə göndərir, onlar isə sonradan istifadəçilərin akkauntlarını digər sosial şəbəkə müştərilərinə like və reytinq toplamaq üçün istifadə ediblər.  
 
Mütəxəssislər istifadəçilərə, xüsusilə də like toplamaq üçün əlavə proqramlar yükləmiş sosial şəbəkə istifadəçilərinə məsləhət görür ki, öz şifrələrini yeniləsinlər. Həmçinin, cəlbedici şərtlər təklif edən proqramları yükləyən zaman daha diqqətli olmaq məsləhət görülür.

LENT

24 May 2017
23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017