Bu bölmə Bakcell tərəfindən təqdim olunur

LG Çin smartfon bazarından gedə bilər

“LG Electronics” şirkəti özünün “LG g6” flaqman smartfonunu Çin ərazisində istehsal etməyəcək. 
 
İKT.lent.az-ın “Daum News” saytına istinadən verdiyi məlumata görə, böyük ziyana görə Cənubi Koreya istehsalçısı Çinin smartfon bazarını tam olaraq tərk edə bilər. 
 
“Strategy Analytics” şirkətinin məlumatına əsasən ötən il “LG Elektronics” Çin smartfon bazarının cəmi 0,1 faizini tuta bilib. 
 
“LG G6”ya gəldikdə, istehsalçı ABŞ, Avropa və C. Koreya kimi bazarlara fokuslanacaq. Mənbə əlavə edib ki, ABŞ-da LG özünün bazar payını 2015-ci ildəki 14,9 faizdən 2016-cı ildə 15,5 faizə qədər artırıb. Bundan başqa, LG Mərkəzi və Cənubi Amerikada 9,3 faizlik bazar payı ilə dördüncü yeri saxlaya bilib.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017