Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ “Yahoo”ya hücumlarda rusiyalı hakerləri ittiham edəcək

ABŞ Ədliyyə Nazirliyi yaxın günlərdə “Yahoo” şirkətinə qarşı kiberhücumlarla bağlı rəsmi ittiham irəli sürməyə hazırlaşır.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, haker hücumlarında 4 nəfər şübhəli bilinir. Onlardan 3-ü hazırda Rusiyada, 1-i isə Kanadada yaşayır. ABŞ hüquq-mühafizə orqanları bu şəxslərin tezliklə yaxalanmasına çalışacaq.

 

“​Yahoo” bir neçə dəfə istifadəçi məlumatlarının ələ keçirilməsi barədə məlumat yayıb. 2016-cı ilin sentyabrında şirkət 2014-cü ildə baş vermiş haker hücumu nəticəsində 500 milyon istifadəçiyə aid məlumatların oğurlandığını açıqlayıb. Hakerlər istifadəçilərin adlarını, elektron poçt ünvanlarını, telefon nömrələrini, login və parollarını ələ keçiriblər.   
 

Ötən ilin dekabrında isə şirkət yeni haker hücumunu aşkara çıxardığını bəyan edib. Bu hücum nəticəsində 1 milyarddan çox istifadəçinin məlumatları oğurlanıb.

Kiberhücum halları ilə əlaqədar “Verizon” şirkəti “Yahoo”nu əvvəlki razılaşmadan 350 milyon dollar daha ucuz qiymətə alacaq. Sövdələşmənin məbləği 4,48 milyard dolar təşkil edəcək.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017