Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Məşhur erməni haker ABŞ-da məhkəmə qarşısına çıxarıldı

Kibercinayətkarlıqda ittiham olunan Rusiya vətəndaşı Mark Vartanyan Norveçdən ABŞ-a ekstradisiya olunub.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Kolypto” niki ilə tanınan M. Vartanyanın 2016-cı ilin dekabrında ekstradisiya edildiyi və bu il martın 14-də məhkəmə qarşısına çıxarıldığı bildirilir. O, “Sitadel” zərərli virus proqramı işləyib hazırlamaqda ittiham olunur. Bu virus vasitəsilə dünya üzrə çoxsaylı şirkətlərə və fiziki şəxslərə ziyan vurulub.

 

“Zərərverici proqramların hazırlanması, təkmilləşdirilməsi, dəstəklənməsi və yayılmasında iştirak edən Vartanyan kimi görkəmli oyunçunun həbsi kibercinayətkarlıqla məşğul olan qrupların imkanlarını zəiflədir”, - deyə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.  

 

ABŞ-ın Corciya ştatının Şimal dairəsi üzrə federal prokurorunun ofisi M. Vartanyanın vurduğu zərərin miqdarını açıqlayıb. Açıqlamada deyilir ki, “Kolypto” niki ilə tanınan Rusiya vətəndaşı Mark Vartanyan tərəfindən yaradılan və təkmilləşdirilən “Sitadel” virus proqramı vasitəsilə dünya üzrə 11 milyon kompüter yoluxdurulub, nəticədə müxtəlif şirkətlərə və şəxslərə 500 milyon dollardan çox zərər dəyib.    

 

Prokurorluqdan bildirilib ki, M. Vartanyan 2012-2013-cü illərdə virus proqramını yaradarkən Ukraynada yaşayıb, 2014-cü ildə isə Norveçdə fəaliyyətini davam etdirib.

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017