Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows Vista”nın "öldürüləcəyi" tarix açıqlandı

“Microsoft” korporasiyası “Windows Vista” əməliyyat sisteminin dəstəklənməsini dayandıracağını elan edib.

 

İKT.lent.az-ın  ExtremeTech” saytına istinadən verdiyi məlumata görə, şirkət əməliyyat sistemini aprelin 11-də “öldürəcək”.

 

Son məlumata əsasən hazırda “Vista” əməliyyat sistemi müasir kompüterlərin 1,12 faizində istifadə olunur. Aprelin 11-dən etibarən bu sistem üzrə texniki dəstək, yenilənmələr, düzəlişlər sona yetəcək.

 

Növbədə  “Windows 7” əməliyyat sistemidir. Bu sistemə dəstək 2 ildən sonra başa çatacaq.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017