Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Stiv Cobsun “Apple 1” kompüteri hərraca çıxarılır


Stiv Cobsun ilk və işlək “Apple 1” kompüterlərindən biri hərraca çıxarılacaq.

 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən verdiyi məlumata görə, hərracda minimal qiymət 315 min dollar olacaq.
 
Hazırda bütün dünya üzrə bu modeldən cəmi 8 ədəd mövcuddur. Stiv Cobs və Stiv Voznyak bu kompüteri 1976-cı ildə yaradıblar və ümumilikdə 150 ədəd kompüter istehsal edilib. Pərakəndə ticarətlə məşğul olan bir nəfər 50 ədəd satıb alıb, digərləri isə vasitəçilərin köməyi ilə satılıb.

 

Əvvəlcə qiymət 666,66 dollar təşkil edib, çünki S. Voznyak təkrarlanan rəqəmləri sevirmiş. Alıcılara yalnız “ana plata” verilirmiş, digər komponentləri (klaviatura, monitor və s.) isə alıcı özü tapmalı imiş.

 

Hərracda orijinal NTİ işarəli nadir nüsxə tam komplektli, istifadəyə hazır şəkildə satışa çıxarılacaq. Ümumilikdə bu modeldən 60 ədəd buraxılıb.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017