Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” Hindistanda 45 gündə 1 milyon smartfon satdı

Hindistan dünyanın ən sürətlə inkişaf edən smartfon bazarıdır və “Xiaomi” şirkəti bu bazarla bağlı ciddi planlara malikdir. 
 
İKT.lent.az-ın “iLenta.com” saytına istinadən verdiyi məlumata görə, “Xiaomi”nin Hindistandakı səyləri özünü doğruldur və şirkət bu bazardakı nailiyyətləri ilə qürurlana bilər.

 

Belə ki, Hindistanda 1 milyondan çox “Redmi Note 4” smartfonu satılıb və temp azalmır. Söhbət real satışlardan gedir. 1 milyon smartfon cəmi 45 gün ərzində satılıb. Bu, o deməkdir ki, şirkət Hindistanda hər 4 saniyədə bir ədəd smartfon sata bilib.
 
“Xiaomi Redmi Note 4”lərin böyük hissəsi ilk gündə satılıb. Cəmi 10 dəqiqədə 250 000 ədəd smartfon öz sahibinin əlinə keçib.

 

Cihaz 5,5 düym “Full HD” displeyi, “Qualcomm Snapdragon 625” prosessoru və 4 100 mA/saat həcmli akkumulyatorla təchiz edilib. 

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017