Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Təyyarədə qorxunc olay: Qulaqcıq partlayıb, yandı - FOTO

Çinin paytaxtı Pekindən Avstraliyanın Melburn şəhərinə gedən sərnişin təyyarəsində qorxunc olay baş verib.

 

İKT.lent.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, sərnişinlərdən birinə məxsus smartfon qulaqcığı qəflətən partlayıb və yanıb.

 

Qulaqcığı istifadə edən qadın əl və üzündən yanıq xəsarətləri alıb. “Mən dərhal qulaqcığı çıxardım və telefonla birlikdə yerə atdım”, - deyə o, söyləyib.

 

Hadisə zamanı ekipaj üzvləri dərhal qadının köməyinə gəliblər və yanğını su ilə söndürüblər. Telefon və qulaqcıq qismən əriyib.

 

Yanğının səbəbkarı kimi smartfonun litium batareyası göstərilir.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017