Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” Julian Assanjın səhifəsinə “quş” qoymur

ABŞ  başda olmaqla, müxtəlif dövlətlərə, siyasi xadimlərə aid məxfi materialları, yazışmaları açıqlamaqla məşhurlaşan “WikiLeaks” saytının yaradıcısı Julian Assanj “Twitter”dən narazılığını bildirib.

 

İKT.lent.az-ın “Mashable” saytına istinadən verdiyi məlumata görə, J. Assanj deyib ki, sosial şəbəkə onun səhifəsini verifikasiya etməkdən imtina edir.

 

Adətən “Twitter” məşhurların (siyasətçi, sənətçi, ictimai xadim və s.) səhifələrinə “quş qoyur”, yəni mavi işarə ilə işarələyir. Lakin 112 min izləyicisi olan J. Assanjın bu barədə istəyinə rədd cavabı verilib. O, “Twitter”in rəhbəri Cek Dorsiyə müraciətlə bu durumu absurd adlandırıb.

 

“WikiLeaks”ın rəhbəri 2016-cı ilin oktyabrından bəri səhifəsinin işarələnməsini istədiyini, lakin buna nail ola bilmədiyini söyləyib.

 

Qeyd edək ki, J. Asanj ABŞ tərəfindən axtarışa verilib.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017