Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tayvan “Uber”i “tormozladı”

Tayvan hökuməti “Uber” online taksi xidmətinin vergilərini ödəməməsi ilə əlaqədar ölkədəki aktivlərini dondurub.

 

İKT.lent.az-ın Tayvan Mərkəzi İnformasiya Agentliyinə (CNA) istinadən verdiyi xəbərə görə, “Uber”in 384 min dollar həcmində bank depozitləri dondurulub və Taybey şəhərində yerləşən ofisindəki avadanlıqlar müsadirə edilib.

 

Vergi xidmətinin məlumatına əsasən “Uber” 2015-ci il üçün vergi borcunu ödəməyib və 1,67 milyon dollar miqdarında borcu yığılıb. Bu səbəblə şirkətin aktivlərinin dondurulması qərara alınıb.

 

Qeyd edək ki, bu ilin fevralında Uber” yerli administrasiyanın tətbiq etdiyi cərimələrlə əlaqədar adada fəaliyyətini dayandırdığını açıqlayıb.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017