Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiya Milli Qvardiyasında kiber kəşfiyyat qrupu yaradıldı

Rusiya Federasiyası Milli Qvardiyasında kiber kəşfiyyatla məşğul olacaq xüsusi qrup yaradılıb.

 

İKT.lent.az-ın “Rosbalt”a istinadən verdiyi xəbərə görə, daha əvvəl Rusiya Daxili İşlər Nazirliyinin mərkəzi aparatında çalışmış Larisa Qoryaçko qrupunu rəhbəri təyin olunub.

 

Kiber kəşfiyyat qrupu analitik-informasiya təminatı şöbəsi kimi sənədləşdirilib, çünki qanuna əsasən Milli Qvardiyanın operativ-axtarış fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur.

 

Hazırda informasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis olan insanlar qurumla əməkdaşlığa cəlb olunur.

 

Qeyd edək ki, tam adı Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidməti olan qurum 2016-cı ildə yaradılıb. Struktura Rusiya DİN-in Daxili Qoşunlarının bazasında yaradılmış Milli Qvardiya Qoşunları daxildir.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017