Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Chrome”da internetə girmədən veb-səhifələri açmaq mümkün olacaq

“Google” tərtibatçıları iOS bazasında çalışan cihazlar üçün “Chrome” mobil brauzerində yeni funksiya təqdim ediblər. 
 
İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, artıq iOC bazasında çalışan cihazların sahibləri internet şəbəkəsinə qoşulmadan da veb-səhifələri izləyə biləcəklər. 

 

Belə ki, artıq “sonraya saxlanılan oxunma funksiyası” “Chrome” baruzerinin yeni mobil versiyasında əlçatandır. Bu imkandan istifadə etmək üçün “Read Later” (sonra oxumaq) işarəsini basmaq lazımdır. Bununla da istifadəçi həmin səhifəni yaddaşda saxlayaraq sonradan internet olmadan da oxuya biləcək. 
 
Funksiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yaddaşda təkcə mətn variantı deyil, bütöv səhifə qalır.

 

Bənzər funksiya bir müddət əvvəl “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazlar üçün nəzərdə tutulmuş “Chrome”da da olub.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017