Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” çinlilərin ən sevimli brendidir

Çində keçirilən sorğuda “Huawei” şirkətinin ölkənin çoxsaylı əhalisi arasında ən populyar brend olduğu müəyyənləşib.
 
İKT.lent.az-ın “Gizmochina” portalına istinadən verdiyi məlumata görə, sorğu Qlobal İctimai Rəy Təşkilatı (Global network of global public opinion survey centre) tərəfindən keçirilib. Ən sevimli və sevilməyən Çin brendləri, eləcə də sevilən və sevilməyən xarici brendlər müəyyən edilib. 
 
Sevilən Çin brendləri kateqoriyasında ilk yeri “Huawei” şirkəti tutub. Bu brendi rəyi soruşulan respondentlərin 51,3 faizi bəyənib. Onun ən yaxın rəqibi 39,9 faiz səs toplayan SF şirkəti olub. Üçüncü yerdə 37,3 faizlə “Gree” şirkəti yer alıb. 
 
Daha bir tanınmış smartfon istehsalçısı olan “Lenovo” şirkəti 6-cı yerdə qərarlaşıb. Bu şirkət respondentlərin 25,8 faizinin müsbət rəyini qazana bilib. 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017