Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlərin iştahını qabardan sahə - Mobil bankçılıq

Rusiyanın “Kasperski Laboratoriyası” mobil bankçılıq sahəsində kiberhücumların artdığı barədə məlumat yayıb.
 
İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi xəbərə görə, mütəxəssislər 2016-cı ildə kiberhücumların təhlilini apardıqdan sonra bu qənaətə gəliblər. 
 
Analitiklər bildiriblər ki, ötən ilin nəticələrinə əsasən müştərilərin məxfi məlumatlarının oğurlanması məqsədilə törədilən kibercinayət hallarının 25 faizindən çoxu bankların payına düşüb. Mütəxəssislərin fikrincə, bank sahəsində mobil və onlayn texnologiyaların geniş yayılması kiberhücumların artımına səbəb olacaq.
 
Ötən il “Kasperski Laboratoriyası” ziyanverici mobil əlavələrin yüklənməsi ilə bağlı 128 min haker cəhdini qeydə alıb. Bu isə 2015-ci ilin göstəricilərini 1,5 dəfə üstələyir. Xüsusilə, şəxsi məlumatların ələ keçirilməsi məqsədilə həyata keçirilən haker hücumlarının 25,8 faizi  bank sektorunu əhatə edib. Bunun 11,5 faizi “Visa” və “Paypal” ödəniş sistemlərinin, 10 faizi isə “Apple Store” və “Amazon” onlayn alış-veriş mərkəzlərinin payına düşüb.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017