Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Avropa İttifaqından “Facebook”, “Google” və “Twitter”ə xəbərdarlıq

Avropa İttifaqı ABŞ-ın “Facebook”, “Google” və “Twitter” şirkətlərini istehlakçı hüquqlarını pozmaqda ittiham edib və onlara öz xidmətlərini Avropa qanunvericiliyinə uyğun qurmaq üçün 1 ay vaxt verib.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, hələ ötən ilin dekabrında Aİ adları çəkilən şirkətləri xəbərdar edib ki, onların bəzi şərtləri istehlakçıların hüquqlarının müdafiəsi haqda qanunvericiliyə ziddir. Məsələn, təşkilatların reqlamentinə əsasən Aİ ölkələrinin vətəndaşları bu qurumları məhkəməyə vermək istəsə, Avropa məhkəmələrinə yox, ABŞ məhkəmələrinə müraciət etməlidir.

 

Bundan başqa, “Facebook”, “Google” və “Twitter” fırıldaqçılıq və maxinasiyalarla kifayət qədər mübarizə aparmamaqda ittiham olunur.

 

Şirkətlərin təmsilçiləri problemlərin həlli üçün öz təkliflərini təqdim ediblər.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017