Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sürücülərin yorğunluğunu müəyyənləşdirən sistem qurulur

“Yandex” şirkəti “Yandex.Taksi” xidməti sürücülərinin yorğunluq səviyyəsini müəyyənləşdirmək üçün yoxlama sistemi tətbiq etmək fikrindədir.

 

İKT.lent.az-ın “kommersant”a istinadən verdiyi xəbərə görə, bu sistem taksi sürücülərinə işə fasilə vermək və sifariş qəbulunu azaltmaq barədə xəbərdarlıq edəcək.

 

“Yandex.Taksi” xidmətindən bildiriblər ki, layihəyə qoyulan sərmayənin həcmi 10 milyon dollara çata bilər. Şirkət tərəfdaş kimi daha öncə Rusiya Dəmir Yollarında analoji sistem qurmuş “Neyrokom” şirkətini seçmək niyyətindədir.

 

Yorğunluq səviyyəsini qiymətləndirən sistem sürücünün yola çıxmazdan əvvəl taxacağı bilərzikdən, eləcə də avtomobilə qoşulan bir neçə “datçik” və blokdan ibarət olacaq. Bilərzik sürücünün diqqətini ölçür və onun konsentrasiyanın itirdiyini müəyyən etdikdə əvvəlcə işıq siqnalı, daha sonra səsli siqnal verir.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017