Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google”dan valideynlər üçün əla təşəbbüs

“Google” valideynlərə övladlarının smartfonda (“Android”) nə ilə məşğul olduğuna nəzarət etməyə imkan yaradan “Family Link” mobil əlavəsi hazırlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, yeni xidmət barədə şirkətin bloqunda məlumat verilib.  

 

“Family Link”in 3 əsas funksiyası var. Əvvəla, əlavə uşaqların valideynlərin icazəsi olmadan hansısa materialı yükləməsini qadağan edir. İkincisi, xidmət uşaqların hansı saytlara daxil olduğunu izləməyə, eləcə də onların gün, həftə, ay ərzində müxtəlif sayt və əlavələrdə nə qədər vaxt keçirdiyini müəyyənləşdirməyə imkan verir. Valideynlərin limit qoymaq imkanı da var. Nəhayət, üçüncüsü, “Family Link” vasitəsilə müəyyən saatlar üçün uşağın cihazını blok etmək mümkündür. Bu yolla gecə vaxtı və ya dərslə məşğul olarkən uşağın cihazdan istifadə etməsini əngəlləmək olur.

 

Hazırda “Family Link” test mərhələsindədir və yalnız ABŞ ərazisində işləyir. Onu əldə etmək üçün 13 yaşa qədər uşaqları olan valideynlər xüsusi sayta (families.google.com/familylink/) daxil olub, ora qeyd yazmalıdır. Xidmətin fəaliyyəti üçün uşağın smartfonu “Android 7.0 Nougat” və ondan yuxarı əməliyyat sistemi ilə, valideynin smartfonu isə “Android 4.4 KitKat”  əməliyyat sistemi ilə çalışmalıdır.

 

Valideynlərin bu xidmətə böyük maraq göstərəcəyi şübhəsizdir, lakin “Android”in son versiyasının zəruri tələb kimi qoyulması problem yaradır. Çünki hazırda bu əməliyyat sisteminin mobil versiyası geniş yayılmayıb.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017