Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Trampa qarşı məhkəmə iddiasına 50-dən çox texnoloji şirkət qoşuldu

ABŞ-ın 50-dən artıq texnoloji şirkəti Havay ştatının prezident Donald Trampın miqrasiya fərmanına qarşı qaldırdığı məhkəmə iddiasına qoşulub.
 
İKT.lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu şirkətlərin arasında “Square”, “Twilio”, “Shutterstock”, “Airbnb”, “Lyft”, “Kickstarter”, “Pinterest” və digərləri var. 
 
Birgə bəyanatda onlar bəyan ediblər ki, Trampın yenidən işlənmiş qadağası Konstitusiyadan kənardır və biznesə ziyan vurur: “Trampın yeni qərarı əvvəlkindən heç nə ilə fərqlənmir. Bu qərar Amerika şirkətlərinə və onların əməkdaşlarına ciddi və düzəlməz ziyan vuracaq”.
 
“Kickstarter” şirkətinin nümayəndəsi Castin Kazmark bildirib ki, “Uber”, “Thumbtack” və digər şirkətlər də bu iddiaya qoşulacaqlar. 
 

Qeyd edək ki, Havay ştatının federal hakimi D. Trampın 6 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyan fərmanının icrasını işə mahiyyəti üzrə baxılana qədər dayandırıb. ABŞ Ədliyyə Nazirliyi isə prezident fərmanını bütün məhkəmələrdə müdafiə edəcəyini söz verib.

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017