Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“PlayStation 3”ün istehsalı dayanır

Yaponiyanın “Sony” şirkəti “PlayStation 3” oyun konsolunun istehsalını dayandırır. 
 
İKT.lent.az-ın “Game's Talk” portalına istinadən verdiyi məlumata görə, 11 ildən sonra yapon şirkəti özünün oyun konsolu ilə vidalaşır. Oyunun istehsalı martda yekunlaşacaq. 
 
“Sony” oyunun rəsmi səhifəsini də yeniləyib. Səhifədə yaxın vaxtlarda oyunun buraxılışının dayandırılacağı diqqətə çatdırılıb. Söhbət hələlik Yaponiyadan gedir və Qərb bazarına dair məlumat yoxdur.
 
Qeyd edək ki, “PlayStation 3” Yaponiyada 2006-cı ilin noyabrında satışa çıxarılıb. 2015-ci ilin aprelin 3-nə olan vəziyyətə görə, satılan “PlayStation 3” oyun konsollarının sayı 87 milyon ədəd təşkil edib.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017