Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Oğurlanmış elektromobil smartfon vasitəsilə tapıldı

ABŞ-ın Kaliforniya ştatının sakini oğurlanmış “Tesla” elektrik avtomobilini smartfon vasitəsilə tapıb.

 

İKT.lent.az-ın xəbərinə görə, avtomobilin sahibi onun park etdiyi yerdə olmadığını gördükdə smartfonundakı xüsusi proqram əlavəsinin köməyi ilə avtomobilinin yerini müəyyənləşdirib. O, bu haqda polisə məlumat verib. Həmin koordinata ən yaxın olan patrul avtomobili tapıb və oğrunu yaxalayıb. Oğru avtomobili sahibinin evindən götürdüyü açar vasitəsilə qaçırıb. Lakin smartfon vasitəsilə elektromobillə əlaqə yaratmağın mümkün olduğunu bilməyib.

 

Qeyd edək ki, bu fakt elektromobillərlə əlaqədar ilk belə hadisə deyil. “Tesla”nın işləyib hazırladığı xüsusi proqram vasitəsilə dünyanın harasında olursa olsun, elektromobilin yerini müəyyən etmək mümkündür.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017