Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon “xəstələri” üçün işıqfor yaradıldı -

Yolu keçərkən smartfonu əlindən buraxmayan, gözü smartfonda olan insanları hamınız görmüsünüz. Bu, dünyanın istənilən yerində, o cümlədən Bakı yollarında hər gün müşahidə olunan adi mənzərədir.  

 

İKT.lent.az-ın “nation-news.ru” saytına istinadən verdiyi məlumata görə, Hollandiyada bu cür smartfon asılılığı olan “xəstələr” üçün nəzərdə tutulmuş işıqfor sınaqdan keçirilir. Adi işıqfordan fərqli olaraq, yeni işıqfor yer səthində qurulacaq. Beləliklə, smartfona baxa-baxa yolu keçən piyadalar işıqforun hansı işığının yandığını görə biləcəklər.  

 

Artıq ilk belə işıqfor sınaq məqsədilə Bodeqraven və Erbek şəhərlərində quraşdırılıb. Mahiyyətcə, yeni işıqfor səki və yol örtüyündə quraşdırılmış işıq diodlu xətdən ibarətdir. Güman edilir ki, piyadalar bu işığı görərək təhlükələrdən sığortalanacaqlar.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017