Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8”in müdafiə sistemini necə aldatdılar? -

“YouTube”dakı “iDeviceHelp” kanalında “Samsung Galaxy S8” smartfonunun müdafiə sistemini aldatmağın yolu barədə video yerləşdirilib.

 

İKT.lent.az-ın xəbərinə görə, məlum olub ki, smartfonu aldatmaq çox asan imiş. Bunun üçün smartfon sahibinin fotosunun başqa bir smartfonda olması kifayətdir. Həmin fotonu smartfona yaxınlaşdırdıqda “Galaxy S8”in üz tanıma sistemi smartfonun blokunu açır.

 

Artıq “Samsung” məsələyə münasibət bildirib. Şirkətdən deyiblər ki, üz tanıma sistemi smartfonun “Samsung Pay” və “Secure Folder” kimi əsas proqram əlavələrinə çıxış imkanı vermir.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017