Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hibrid “yolsuzluq” dronu sınaqdan çıxarıldı -

ABŞ-ın “Advanced Tactics” şirkəti ötən ilin noyabrında təqdim olunmuş “Autonomous Panther AT” hibrid pilotsuz uçuş aparatının sınaqlarına başlayıb.

 

İKT.lent.az-ın “N+1” saytına istinadən verdiyi məlumata görə, sınaqlar zamanı hibrid “yolsuzluq” dronu kiçik yükü uğurla ünvana çatdırıb.

 

“Autonomous Panther AT” ilk növbədə hərbçilər üçün hazırlanır, lakin “Advanced Tactics” hesab edir ki, bu qurğu özəl kuryer firmalarını da maraqlandıra bilər. Belə ki, hərbçiləri dronun yükü ünvana az qalmış gizli şəkildə - yerlə apara bilmə qabiliyyəti daha çox maraqlandırırsa, özəl şirkətlər məhsulların yaşayış məntəqələrindən kənarda hava yolu ilə, yaşayış məntəqələrində isə yerüstü rejimdə çatdırılması üçün bu hibrid qurğudan yararlana bilər.

 

Martın sonunda Kaliforniyada keçirilən sınaqlar zamanı dron 2,3 kiloqramlıq yükü təyinat yerinə çatdırıb. Bu barədə video “YouTube”da yerləşdirilib.

 

“Autonomous Panther AT” 112 sm uzunluğa və 34 sm hündürlüyə malik düzbucaqlı korpusa malikdir. Cihazın ağırlığı 20,4 kiloqramdır və 6 elektrik mühərriki ilə təchiz olunub. Maksimal uçuş sürəti 80 km/saatdır. “Yolsuzluq” rejimində aparat 4 təkər vasitəsilə hərəkət edir. Bu rejimdə “Autonomous Panther AT” saatda 8 km sürətlə 100 km məsafəyə gedə bilər.

LENT

25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017