Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Görmə qabiliyyətini yaxşılaşdıran film -

İnternetdə izlədikdən sonra görmə qabiliyyətini yaxşılaşdıran və gözlərin yorğunluğunu aradan qaldırmağa kömək edən film yayılıb.
 
İKT.lent.az-ın xəbərinə görə, “YouTube”da yerləşdirilən video maraqla qarşılanıb.  

 

Müasir insanın həyat tərzi elədir ki, gözlər gün ərzində həddən artıq yüklənir və gərginlikdə olur. Belə ki, insanlar günün əksər hissəsini kompüter, planşet və smartfonların qarşısında keçirirlər. Bu cür həyat tərzi gözündə problem olan insanların sayının artmasına səbəb olur. Xüsusilə də bu problemlər daha erkən yaşlarda başlayır.
 
“YouTube”də yerləşdirilmiş videoçarxın müəllifi inanır ki, bu filmin izlənilməsi zəifləmiş görmə qabiliyyətinin əməliyyatsız bərpasına və linzalardan imtina etməyə kömək edəcək. Videoda görmənin yaxşılaşdırılması üçün faydalı məsləhətlər verilib və effektiv məşğələlər əksini tapıb.
 
Videoçarx müəllifinin sözlərinə görə, daha yaxşı effekt üçün bu cür hərəkətləri gündə iki dəfə etmək lazımdır.

LENT

20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017