Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy S8” partlayırmı? -

“YouTube”dakı “What's Inside?” kanalının videoblogerləri yeni “Samsung Galaxy S8” smartfonunun möhkəmliyini və batareyasının asanlıqla partlayıb-partlamadığını yoxlamaq üçün sınaq keçiriblər. 

İKT.lent.az-ın “Mashable” portalına istinadən verdiyi xəbərə görə, videoda cihazın başına sözün əsl mənasında oyun açıldığı görünür. Belə ki, videobloger məişətdə istifadə olunan xüsusi elektron kəsici alətlə smartfonu ortadan kəsməyə  başlayır. Batareya qızaraq tüstüləsə də, hər hansı partlayış baş vermir. Ekspert bildirir ki, adətən bu cür təsirdən sonra batareyadan qığılcımlar çıxır, sonra isə alışma olur. 

Belə görünür ki, “Samsung” şirkəti “Galaxy Note 7” hadisəsindən dərs çıxarıb və bu dəfə etibarlı cihaz istehsal edib. 

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017