Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook Messenger”dən 1,2 milyard insan istifadə edir

Populyar “Facebook Messenger” əlavəsi öz istifadəçilərinin sayını artırmaqda davam edir. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən xəbərinə görə, ötən ilin məlumatlarına əsasən, “Facebook”un mobil çatından 1 milyard insan istifadə edib. 2017-ci ildə bu say 1,2 milyarda qədər artıb.

Son bir ildə “Facebook” aktiv olaraq mobil əlavələr bazarındakı vəziyyətini yaxşılaşdırıb. Şirkət özünün “Messenger” çatını da diqqətdən kənarda qoymayıb və “Snapchat Stories Messenger Day” messencerinin analoqu buraxılaraq qrup ödənişləri inteqrasiya edilib.

 

“Messenger”in populyarlaşması üçün daha mühüm səbəblərdən biri də “Messenger Lite” adlanan yüngülləşdirilmiş versiyasının çıxması olub. Adıçəkilən əlavə köhnəlmiş telefonların zəif sürətli internetli yerlərdə işləməsi üçün nəzərdə tutulur.

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017