Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qaqarindən əvvəl kosmosa uçan sovet kosmonavtları ölüb? - ŞOK İDDİA

Britaniya KİV-ləri tərəfindən belə bir ehtimal irəli sürülüb ki, Yuri Qaqarin kosmosa çıxan və oranı fəth edən ilk kosmonavt olmayıb.


İKT.lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, onlar hesab edirlər ki, Qaqarinin 1961-ci ildəki kosmosa çıxışına qədər SSRİ orbitə kosmonavtlar buraxıb, ancaq onların uçuşları ölümlə nəticələnib.

Britaniyalı jurnalistlər yazırlar ki, o zamanlar həqiqətə çatmaq olduqca çətin idi. Çünki ABŞ və Sovetlər İttifaqı arasında kosmik yarış gedir və layihə haqqında bütün məlumatlar məxfiləşdirilirdi. Onların iddialarına görə, yalnız indi bütün bunlar barədə bəzi faktlar aşkar edilib.

Məsələn, bildirilir ki, internetdə hələ uzaq 1957-ci ildə kosmosa uçan sovet kosmonavtlarının səs yazısı aşkar edilib. Səs yazısı guya radio həvəskarları olan italyan qardaşlar tərəfindən yazılıb. Bu səs yazısında qadın kosmonavt onu orbitə göndərənlərə lənət yağdırır və Yerə təhlükəsiz enişlə bağlı olduqca narahat olduğunu dilə gətirir. 

KİV nümayəndələrinin fikirləri birmənalıdır - bu qadın pilot barədə indiyədək heç vaxt söz açılmayıb. Çünki o, öz vəzifə borcunu yerinə yetirərkən vəfat edib. Bu azmış kimi, təxmin edilir ki, Yuri Qaqarinin kosmosa çıxışına qədər belə uğursuz uçuşlar yeganə hal olmayıb. Belə “sınaq” uçuşları zamanı Sergey Şiborin, Aleksey Lidovski, Mariya Qromova, İvan Kaçur və başqaları vəfat ediblər.

 

Bu ehtimalın nə dərəcədə həqiqətə uyğun olduğu və bu pilotların ölüm səbəbləri barədə heç bir şərh verilməyib.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017