Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sharp” güclü kamerası olan smartfon təqdim etdi -

Yaponiyanın “Sharp” korporasiyası “Aquos R” flaqman smartfonunu təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, cihaz yeni nəsil “Snapdragon 835” prosessoru və 22,6 meqapiksellik çox güclü kamera ilə təchiz olunub.

 

Smartfon İGZO texnologiyası ilə hazırlanmış, 5,3 ölçülü və 2560х1440 həllə malik İPS ekrana sahibdir. Operativ yaddaş 4 Gb, daxili yaddaş 64 Gb, ön kamera 16 meqapikseldir.

 

Korpus metal və şüşədən hazırlanıb. Sudan və tozdan qorunur, eləcə də tez şarj olunma texnologiyasını dəstəkləyir. Batareyanın həcmi 3160 mAs-dır.

 

“Aquos R” smartfonu Android 7.1 əməliyyat sistemi ilə çalışır.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017