Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook"da canlı yayımda qətl törədən şəxs intihar etdi

"Facebook" sosial şəbəkəsinin canlı yayımında qətl törədən ABŞ-ın Klivlend şəhərinin 37 yaşlı sakini intihar edib.

 

İKT.lent.aa-ın xəbərinə görə, bu barədə Pensilvaniya ştatının polisi "Tvitter"də açıqlama yayıb.

 

Bildirilib ki, polis əməkdaşları bu səhər Eri dairəsində Stefen Stevensi görüb. Maşınla bir qədər qovduqdan sonra Stevens idarə etdiyi maşında intihar edib.

 

Qeyd edək ki, Stefen Stevens Pasxa bayramı günü sevgilisi ilə mübahisə edib. Daha sonra o, küçədə qarşısına çıxan 74 yaşlı Robert Qodvin adlı qaradərili kişini qətlə yetirib. Hadisənin ən dəhşətli tərəfi isə ondan ibarətdir ki, Stevens törətdiyi cinayəti "Facebook"dan canlı yayımlayıb. Yayım zamanı kiminləsə telefonla danışan cani daha 13 nəfəri öldürdüyünü bildirib.

 

Bu hadisədən sonra "Facebook" rəhbərliyi standartlardan kənar paylaşılan video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017