Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı 2,2 dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı 2,2 dəfə artıb. 

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, bu ilin birinci rübündə ölkədə Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 35,4 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,9 dəfə çoxdur.

Üç ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 74,9 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 5,8 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 67,3 faiz artıb.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017