Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”in dəstəyi ilə şahmat üzrə beynəlxalq turnir keçirilib -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Şahmat Federasiyası, «Gənclik» şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.

 

İKT.lent.az-ın xəbərinə görə, 9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.

 

Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə Bakcell şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.

 

Onu da qeyd edək ki, "Bakcell" şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017