Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İBM-in xalis mənfəəti azalıb

İBM şirkəti bu ilin birinci rübü üçün hesabatını dərc edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, hesabat dövrü İBM şirkətinə 18,2 milyard dollar gəlir gətirib. Bu, 2016-cı ilin birinci rübü ilə müqayisədə 3 faiz azdır. Valyuta məzənnəsinin nəzərə alsaq, məlum olub ki, şirkətin gəlirləri 2 faiz azalıb.

İstehsalçı qeyd edir ki, şirkətin strateji fəaliyyət istiqaməti 7,8 milyard dollar gəlir gətirib. Bu isə bir il bundan öncəkindən 12 faiz, valyuta məzənnəsinə edilən dəyişiklərlə 13 faiz çoxdur.

Rüb ərzində şirkətin xalis mənfəəti 1,75 milyard dollar olub. Bir il öncə bu göstərici 2,014 milyard dollar səviyyəsində olub. 

Rübün sonuna olan vəziyyətə görə, İBM şirkətinin öhdəliyində 10,7 milyard dollar pul vəsaiti və onun ekvivalenti qalıb. Rüb ərzində 1,3 milyard dollar səhmlərin alınmasına sərf edilib. Elə bu qədər də səhmdarlara dividentlərin verilməsinə ayrılıb.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017