Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zaxarova “Facebook”a qəzəbləndi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook”dan narazıdır.  

 

İKT.lent.az-ın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, M. Zaxarova xeyli vaxtdır sosial şəbəkədəki səhifəsinin verifikasiyasına (xüsusi işarələnməsinə) nail olmağa cəhd göstərdiyini, lakin buna nail ola bilmədiyini deyib. XİN-in sözçüsü qeyd edib ki, səhifənin həqiqətən M. Zaxarovaya aid olub-olmaması barədə istifadəçilərdən tez-tez müraciətlər alır. Bütün məktublara cavab verməyə isə vaxt yoxdur, bu səbəblə o, səhifənin işarələnməsini istəyir.

 

Rusiya XİN məsələ ilə əlaqədar “Facebook”la əlaqə saxlayıb və Mariya Zaxarovanın vəzifəsi barədə bütün lazımi məlumatları təqdim edib. Lakin hələ də nəticə yoxdur.

 

Hazırda M. Zaxarovanın “Facebook” səhifəsinin 320 mindən çox izləyicisi var. Dostların sayı isə 2,5 mindən çoxdur. Sosial şəbə hesab edir ki, səhifəyə xüsusi mavi işarə qoyulması üçün izləyicilərin sayı daha çox olmalıdır. 

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017