Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” musiqili olacaq

“Facebook” şirkəti bildirib ki, yaxın zamanlarda sosial şəbəkədə musiqi xidmətləri yaradılacaq. 

İKT.lent.az-ın “Life.ru” saytına istinadən verdiyi məlumatına görə, “Facebook” şirkətinin əməkdaşları tərtibatçıların konfransında bildiriblər ki, sosial şəbəkədə musiqi xidmətlərinin tətbiq edilməsi üzərində çalışırlar. Xidmətlərin işə başlayacağı dəqiq tarixlər məlum deyil.

“Facebook”da quraşdırılacaq ilk musiqi xidmətinin tərtibatçılar “Spotify” olacağını qeyd ediblər. Əlavədə istifadəçinin konkret həvəsinə uyğun kompozisiyaları seçmək imkanı yaradılacaq. Bundan sonra isə sosial şəbəkəyə “Apple Music” xidməti tətbiq ediləcək. 

“Facebook” istifadəçiləri indi də dostları üçün musiqi paylaşa bilirlər. Ancaq sosial şəbəkədə trekləri digər saytlara keçid etdikdən sonra dinləmək mümkün olur.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017